Haqqımızda

    "Unilift Center" şirkəti, 1996-cı ildən etibarən Azərbaycanda çəngəlli yükləyicilərin (avtokarlar) və mal-material daşıma avadanlıqlarının satışı, təmiri, icarəsi və ehtiyat hissələrinin satışı ilə məşğuldur. 2019-cu ildən etibarən fəaliyyətini “Unilift Center” adı ilə davam etdirən şirkətimiz, illər ərzində qazandığı təcrübə və formalaşdırdığı peşəkar komanda ilə sektorun etibarlı və qabaqcıl təmsilçilərindən birinə çevrilmişdir.

    Əsas fəaliyyət istiqamətimiz – dünyaca məşhur MAXIMAL, TAILIFT, HELI, DALIAN, TEU, LONKING və digər brendlərə məxsus forklift və material daşıma texnikalarının satışı, icarəsi, texniki servisi və ehtiyat hissələrinin təminatından ibarətdir. Hər bir məhsul və xidmətimizdə müştəri məmnuniyyəti və texniki keyfiyyət başlıca prinsipimizdir.

    Şirkətimiz, yalnız Bakı şəhərində deyil, ölkənin bütün bölgələrində fəaliyyət göstərən ixtisaslaşmış texniki servis komandası ilə yerində texniki dəstək və baxım xidmətləri təqdim edir. Müştərilərimizə operativ, çevik və peşəkar yanaşmamız sayəsində uzunmüddətli tərəfdaşlıqlar qurmağa nail olmuşuq.

    Bununla yanaşı, "Unilift Center" qürurla bildirir ki, Çin mənşəli LONKING brendinin Azərbaycandakı rəsmi və yeganə distributorudur. Bu tərəfdaşlıq vasitəsilə, keyfiyyətli məhsulları daha əlçatan qiymətlərlə təqdim etmək imkanımız genişlənmişdir.