Professional xidmət, əla keyfiyyət
Forklift İcarəsinin Üstüklükləri;
Biznesiniz kiçikdir və siz forklift (avtokar) ala bilmirsiz ?
İcarə forkliftin (avtokar) üstünlüklərindən faydalanın.
İcarə Forkliftin (avtokar) bir neçə forması olur.
1. Aylıq İcarə
2. Günlük İcarə
3. Saatlıq İcarə vəya Xidmət
Aylıq və Günlük İcarələrdə sifarişçi forklifti (avtokarı) həm operatorla həm də operatorsuz olaraq sifariş edə bilər.
Saatlıq İcarə vəya Xidmətlərdə isə icraçı forklifti (avtokarı) əsasən operatorla birlikdə təmin edir. Çünki bu xidmət növündə sifarişçi əsasən onun anbarında olan paletlərin maşınlara yüklənməsi vəya paletlərin maşınlardan anbara boşaldılması, emalatxanalarda avadanlığın yerdəyişməsi vəya avadanlığın quraşdırılması kimi işləri sifariş edir ki, bunu da icraçının profesional, təcrübəli və təlim keçmiş operatorları yerinə yetirir.
Forkliftlərin (avtokar) daimi texniki baxış, təmir xidməti, ehtiyat hissəsi, yanacaq, amortizasiya və operatorun əmək haqqısı kimi xərcləri olduğu üçün icarə forklift kiçik bizneslərə daha sərfəlidir. Siz sadəcə kiçik məbləğlər ödəyərək forklifti (avtokarı) sifariş edirsiz və digər xərclərdən azad olursuz.
Eyni zamanda orta və böyük bizneslərdə forkliftlərin texniki səbəbdən təmirə dayandığını nəzərə alsaq İcarə forklift onlar üçün faydalı olacaq. Nəzərə alsaq ki, işlərinin əsas hissəsi forkliftdən (avtokardan) asılı olan orta və böyük biznes sahibləri təmir müddəti ərzində işlərinin yarıda qalmaması və davamiyyəti təmin etmək üçün İcarə forkliftdən (avtokar) faydalana bilərlər. Həm də şirkətlər bu kimi hallarda əlavə forklift (avtokar) almaq məcburiyyətində qalmayacaqları üçün operativ olaraq forklift (avtokar) icarəyə götürərək, böyük xərclərin qarşısını almaq imkanları olacaq.
İcarə Forkliftin (avtokarın) digər üstünlüyü isə forkliftdə çıxan texniki problem icarçının təmir komandası tərəfindən operativ olaraq həll olunur. Əgər texniki problemin həlli uzun çəkərsə, o zaman icraçı forklifti (avtokarı) işlək olan başqa forkliftlə (avtokarla) əvəz edir. Bu da sifarişçinin işinin davamiyyətinə yaxşı təsir göstərir.
İcarə Forklift və Forklift Xidmətlərimiz haqda ətraflı məlumatı telefon nömrələrimizə zəng edərək əldə edə bilərsiz.