• Hansı növ yükləyici qurğular var?

Forklift, avtokar və ya çəngəlli yükləyicilər – eyni mənaya gələn bu sözlər dilimizə ingiliscədən keçib. Kök olaraq “fork” yəni “çəngəl”, “lift” yəni “yükləmə” və ya “qaldırma” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Nəticə olaraq dilimizdə çəngəlli yükləyici mənasını verən forklift hər zaman inşaat işlərində, yük daşınmasında, depolama xidmətlərində, sənaye sektorunda istifadə olunmaqdadır.
Azərbaycanda forklift sektorunda ilk qurulan şirkətlərdən olan “Unilift MHE Center” hər növ yükləyici qurğuların satışı və icarəsi ilə müştərilərinə xidmət göstərməkdədir. Bununla yanaşı, istənilən yükləyici qurğuların ehtiyat hissələrinin satışını da həyata keçirən şirkətdə dünyanın ən böyük forklift markalarının fərqli modelləri mövcuddur. 
MAXIMAL, TAILIFT, HELI, DALIAN, TEU, LONKING kimi dünyada yetəri qədər tanınırlığı olan bu markaların həm satışı, həm icarəsi, həm də ehtiyat hissələrinin satışını həyata keçirən “Unilift MHE Center”dən siz axtardığınız bütün yükləyici qurğuları rahatlıqla sifariş edə bilərsiniz.

Çəngəlli yükləyicilər hansılardır?

Azərbaycanda daha çox sənaye sektorunda qarşımıza çıxan çəngəlli yükləyicilər daha çox insanların fiziki gücünün yetmədiyi hər növ yüklərin daşınmaları həyata keçirir. Şirkətimizdə bir çox çəngəlli yükləyicilər mövcuddur. Ən son model çəngəlli yükləyicilərin satışını və icarəsini həyata keçirən “Unilift MHE Center”də forkliftlərə zəmanət verilməkdədir. Bir çox modellərə 1 il və ya 1200 saat qədər zəmanət verən şirkətimiz müştərilərinə həm də ikinci əl çəngəlli yükləyicilər təklif etməkdədir. Çəngəlli yükləyici və ya forklift sifariş edərkən mütləq şəkildə daşınacaq məhsulun ölçü və çəkisi nəzərə alınmalıdır. Çünki bəzi forkliftlər 1,8 ton daşıma edə bilərkən, bəziləri 3 ton, bəziləri 3,5 ton daşıma edə bilir.

Teleskopik yükləyicilər hansılardır? 

Teleskopik yükləyicilər müəyyən mənada forklift kimidir, ancaq yük qaldırma baxımından çəngəlli yükləyicilərdən daha üstündür desək, heç də yanılmarıq. Bu yükləyicilər sayəsində istənilən növ yükləri daha hündür yerlərə qaldırmaq mümkündür. Qollarının uzanabilir olması isə bu yükləyicilərin daha bir üstünlüyüdür. Teleskopik yükləyicilərin ön tərəflərində işləri daha da sadələşdirən qurğu vardır ki, məhz bunun sayəsində işlər həm sürətli, həm də daha etibarlı şəkildə həyata keçirilir. Əslində burada əsas yük “tarazlaşdırcı”dadır. Bu tarazlayıcılar yükləyicilərin iş zamanı aşma yaşanmasının qarşını almaqdadır. 
Hal-hazırda “Unilift MHE center”də satışını həyata keçirdiyimiz MANITOU MT1840 modelinin istehsal yeri Fransadır. Yük qaldırma qabiliyyəti 4 ton olan bu teleskopik yükləyici, 18 metr hündürlüyə qaldırma qabiliyyətinə sahibdir. Perkins1104 mühərrikinə sahib olan bu teleskopik yükləyici tam olaraq verilən ölçülər nəzərə alınmaqla ən mükəmməl yükləyicilərdən hesab olunur.

Yükləyici qurğuların fərqləri nələrdir?

Yükləyici qurğular və ya ümumi ayrılıqda bütün forklift, avtokar, teleskopik yükləyiciləri bir yerdə analiz etsək, əslində bu qurğuların hamısının daha çox sənaye sektorunda işimizə yarayan makinalar olduğunu görürük. İstər çəngəlli yükləyicilər, istərsə də teleskopik yükləyicilər baxımından insanların işini daha sadələşdirən bu yükləyici qurğular tonlarla yük çox rahatlıqla qaldıra bilməkdədir. Sadəcə burada müəyyən nüanslar var ki, təbii ki onları hər zaman diqqətdə saxlamaq önəmlidir. İlkin olaraq qaldırılcaq yükün çəkisi çox mühim əhəmiyyətə malikdir. Yuxarıda da qeyd etdiyimiz kimi, çəngəlli yükləyicilər yük qaldırma qabiliyyətinə görə bir-birindən fərqlənirlər. Digər önəmli nüans təbii ki, qaldırılacaq yükün ölçülərinin dəqiq təyin edilməsidir. Çünki, bəzən çox böyük çəkili və ölçülü yükləri daha kiçik çəki və ölçüyə malik yükləyicilərlə qaldırdıqda yükləyicilərdə problem yaşanır və hətta bu böyük problemə çevrilə bilir.


Əgər siz də forklift, avtokar, çəngəlli yükləyici və ya teleskopik yükləyicilər axtarırsınızsa, elə indi bizimlə əlaqə saxlaya bilərsiniz.
 

Son xəbərlər

Əməliyyatınız üçün uyğun yük qaldırıcı qurğu hansıdır?
Lonking markalı forklift növləri
Birinci sinif Forklift növləri
Çəngəlli yükləyicilərin istifadə sahələri
Çəngəlli yükləyicilərin icarəsi
Forkliftə texniki qulluqun əhəmiyyəti
Yüklənir