• Forkliftlərin texniki özəllikləri

Forkliftlər texniki olaraq 0,5 ilə 40 ton arası yük qaldırma gücünə malikdirlər. Yük mərkəzlərindəki ağırlıqları isə 3 tona qədər ola bilir. Ümumi olaraq isə yük qaldırma hündürlükləri 3 və ya 4 metrdir. Bu təbii ki, yük qaldırıcının texniki göstəricilərinə görə dəyişir. Bununla yanaşı özəl olaraq istifadə olunan müəyyən sistemlər ilə bu hündürlük 9 metrə qədər çata bilməkdədir. Normalda 4 təkərli halda istehsal olan avtokarların xüsusi olaraq rəflər arasında daha rahat hərəkət edə bilmələri üçün istehsal olunan 3 təkərli modelləri də mövcuddur. Bunlardan əlavə olaraq dünyada özəl paletli istehsal olunan yük qaldırıcı modellərinə də rastlanır.

Forklift ölçüsü və genişliyi

Forkliftlər istifadə yerlərinə və məqsədinə görə dəyişsə də, müəyyən dərəcədə təxmini olaraq ortalama ölçülərə sahibdi. Ortalama forkliftin genişliyi 1125 mm və 1197 mm arasında dəyişir. Avtokarın önündəki çəngəlləri çıxmaq şərti ilə yüksəkliyi 2720 mm-ə qədər çıxa bilir. Forklifti idarə edən sürücü oturacaqlarının yüksəkliyi isə 1042 mm-dir. Yük qaldırıcılarının çəngəllərinin yüksəkləri isə 3230 mm-ə qədərdir.

Forkliftin texniki baxışı

Hər bir texnikanın olduğu kimi forkliftlərin də hər zaman texniki baxışa ehtiyacı var. Günlük, həftəlik və ya aylıq olaraq edilməli olan bu baxışlarda yük qaldırıcıların irili-xırdalı bütün problemləri tapılır və həll edilir. Bununla yanaşı günlük olan baxımlarda bu nüanslara diqqət yetirilir: motordakı yağın səviyyəsi, radiator baxımı, təkər baxımı, qaldırma sistemləri baxımı, motorun yoxlanılması, elektriklə bağlı olan baxım, hidrostatik baxım.
Əlavə olaraq isə aylıq olan baxımlar zamanı forkliftin motor yağı və filteri dəyişilir, hidrostatik soyuducu, radiator və motor bağlı olduğu yerlər kontrolu edilir, qaldırma sistemi ilə sükan sisteminin düzgün işləyib işləmədiyi yoxlanılır. Son olaraq isə elektriklə bağlı olan bütün yoxlanışlar edilərək baxım bitirilir.

Forklift sürəti nə qədər olur?

Forklift və ya başqa sözlə avtokarların sürəti işgörmə baxımından aşağıdır. Qapalı məkanlarda forkliftlərin sürəti 5 km-dir, açıq havada isə 10 km-ə qədər yüksəlməkdədir. Burada qeyd etdiyimiz açıq hava isə təbii ki, işin görüldüyü fabrik və zavodlardakı sahənin genişliyinə bağlıdır. Bu tipli yük qaldırıcıların nəqliyyata çıxması məqsədəuyğun sayılmadığından, onları işin görüləcəyi yerlərə evakuatorla daşınması təmin edilir.
Əgər siz də forklift almaq istəyir, yük qaldırıcılar üçün ehtiyat hissə axtarır və ya avtokarınızı təmir etdirmək istəyirsinizsə, elə indi bizimlə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər

Qaldırıcı Qurğuların Satışı
Teleskopik Yükləyici satışı
Anbar üçün Avadanlıqlar
Çəngəlli Yükləyici Satışı
Azərbaycanda Forklift Satışı
Azərbaycanda transpalet satışı
Yüklənir