• Forklift Növləri

Forklift nədir?

Forklift nədir? -sualı verildikdə təbii ki, ilk olaraq bu növ yükləyicilərin haradan və necə yarandığını araşdırmaq lazımdır. XVIII əsrdə insanlar, yüklərin daşınmasını zəncir yardımı ilə həyata keçirirdi. Vaxt keçdikcə yüklər, təkərli taxta platformaların üzərinə qoyularaq daşındı, bu cür kiçik dəyişikliklər, sənayenin və mexanizmaların da inkişafı ilə birlikdə, hazırda istifadə edilən bir çox avadanlığın bünövrəsini əmələ gətirdi.

Bu avadanlıqlardan biri də forkliftdir, hansı ki, müxtəlif yüklərin daha güvənli endirilməsi, yüklənməsi və daşınması üçün istifadə olunan maşındır. Forklift sözü dilimizdə, həm çəngəlli yükləyici, həm də avtokar kimi də istifadə olunur.

Hal-hazırda avtokarlar, depolama xidmətləri başda olmaqla, bir sıra sənaye sahələrində, insan gücünün yetmədiyi ağır yükləri, bir həmlədə qaldıraraq, yüklərin daşınmasını təmin edə bilir.

Forkliftlərin növləri

Forklift, ümumi performans və istifadə asanlığı baxımından müxtəlif çeşidlərə bölünür. Bunlar aşağıdakılardır:

  • Güc qaynağına görə forkliftlər
  • Batareyalı forkliftlər
  • Hərəkət sisteminə görə forkliftlər
  • Ümumi məqsədli forkliftlər
  • Dizaynına görə forkliftlər
  • Özəl forkliftlər

Bununla birlikdə, sadaladığımız çeşidlər də, bir sıra kateqoriyalara bölünür. Bu kateqoriyalardan biri də, bu bloqumuzda ətraflı məlumat verəcəyimiz, güc qaynağına görə kateqorizə edilən, dizel və elektrikli forkliftlərdir.

Dizel forkliftlər

Dizel forklift dedikdə ağlımıza açıq məkanda rahatlıqla istifadə olunan, güc qaynağı 2 və ya 4 zamanlı dizel motorlu avtokarlar gəlir. Dünya standartlarına uyğun texnologiya ünsürləri ilə tərtib edilmişdir. Hündürlüyü 2.5-6 m, tutumu isə 1.8 tondur. Daha çox ağır işlərin güvənli və keyfiyyətli şəkildə icrası üçün istifadə olunur. Enerji qənaətini və yüksək səmərəliliyi təmin edir.

Elektrikli forkliftlər

Elektrikli forkliftlər nədir? Güc qaynağı elektrik olan bu avtokarlar, yüngül və orta ağır işlərin icrası zamanı tətbiq edilir. Səs-küy yaratmama özəlliyi ilə, qapalı və gurultu istənməyən məkanlarda istifadəsi zamanı səssizliyi təmin edir. Hündürlüyü 2.5-6.5 m, tutumu isə, 1-2 tondur. İnkişaf etmiş avadanlığı sayəsində, səssizliyi, yüksək hərəkət qabiliyyətini və pratikliyi təmin edir. Elektrikli forkliftlər 3 təkərli və uzunömürlüdür. 3 təkərli olması, müxtəlif manevrlərdə hərəkəti və rahat dönməni, məhdudiyyətli məkanlarda belə asanlıqla təmin edir.

Qeyd etdiyimiz bu çəngəlli yükləyicilərin satışı, icarəsi və təmirini Unilift vasitəsilə həyata keçirə bilərsiniz. “Unilift MHE Center” artıq 25 ildən artıqdır ki, ölkəmizdə fəaliyyətini davam etdirir. “Unilift MHE Center” şirkəti, nəinki Bakıda eləcə də, bölgələrimizdə də hər zaman müştərilərinə texniki dəstəyi göstərmişdir.

Siz də avtokar əldə etmək və ya icarəyə götürmək istəyirsinizsə, elə indi bizimlə əlaqə saxlayın.

Son xəbərlər

Qaldırıcı Qurğuların Satışı
Teleskopik Yükləyici satışı
Anbar üçün Avadanlıqlar
Çəngəlli Yükləyici Satışı
Azərbaycanda Forklift Satışı
Azərbaycanda transpalet satışı
Yüklənir