• Forklift nə işə yarayır?

Çəngəlli yükləyici, avtokar və ya forklift - əsas məqsədi ağır yüklərin daşınması olan bu yükləyicilərin yük qaldırma qabiliyyətləri tonlarla hesablanmaqdadır. Günlük iş həyatında insanların çətinliklə daşıdığı və ya daşımağa gücünün çatmadığı, bununla yanaşı həm də insanlara işlərində kömək edən bu alətlərə forklift və ya çəngəlli yükləyici deyilir. Dünyada ilk dəfə olaraq 1800-cü illərdə istifadə edilməyə başlanan bu yükləyicilərin hazırda 2 tonla 40 ton arasında yük daşıma qabiliyyətinə malik olan modelləri də mövcuddur. 
Yükqaldırma qabiliyyəti diqqətə alındığında, həqiqətən də insanların işlərini asanlaşdıran forkliftlər xüsusilə ağır yüklərin qaldırılması zamanı bu üstünlüyünü daha göz önünə qoymaqdadır. Ayrıca olaraq isə, inşaat sektorunda görülən işlərdə də böyük çəkili yüklərin boşaldılması və ya yüklənilməsi zamanı da çəngəlli yükləyicilərin nə dərəcədə önəmli olduğu görülməkdədir.

Forklift kiralamağın üstün tərəfləri nələrdir?

Çəngəlli yükləyicilər hər zaman bir çox sənaye sektoru üçün mühim yerə sahibdirlər. Lakin qiymətlərinin yüksək olması, bəzən şirkətlər üçün maddi baxımdan sərf etmir. Bundan qaynaqlanan səbəblərə görə bir çox şirkətlər forklift kiralamağı üsrün tutmaqdadır. Təbii ki, forklift kiralamaq dedikdə hazırda ilk olaraq ağlımıza “Unilift MHE Center” düşür. İllərdir yükləyici qurğular sektorunda adından söz etdirən şirkətdə siz həm istənilən növ çəngəlli yükləyicilər, həm də forklift ehtiyat hissələri tapa bilərsiniz. Şirkət avtokarların satışı ilə yanaşı həm də forkliftlərin icarəsini həyata keçirir. Dünyanın öndə gələn çəngəlli yükləyici markalarının modellərini sizlər məhz “Unilift MHE Center”dən əldə edə bilərsiniz. Müştərilərinə göstərdiyi xidmətlə hər zaman öndə gələn şirkətimiz hər növ forklift təmirinə də zəmanət verməkdədir. 

Günlük Forklift icarəsi mümkündürmü?

Müştərilərin istəyini nəzərə alan “Unilift MHE Center”də aylıq, günlük və saatlıq forklift icarəsi mümkündür. Bununla yanaşı, istədiyiniz forklifti həm opertorlu, həm də operatorsuz şəkildə sifariş etmək imkanına sahibsiniz. Bu xidmət növündə sifarişçi əsasən onun anbarında olan paletlərin maşınlara yüklənməsi və ya paletlərin maşınlardan anbara boşaldılması, emalatxanalarda avadanlığın yerdəyişməsi və ya avadanlığın quraşdırılması kimi işləri sifariş edir ki, bunu da icraçının professional, təcrübəli və təlim keçmiş operatorları yerinə yetirir. 
Əgər siz də forklift sifarişi vermək istəyirsinizsə, çəngəlli yükləyici ehtiyat hissəsi axtarırsınızsa və işləriniz üçün icarə avtokar götürməyi düşünürsünüzsə, elə indi bizimlə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər

Qaldırıcı Qurğuların Satışı
Teleskopik Yükləyici satışı
Anbar üçün Avadanlıqlar
Çəngəlli Yükləyici Satışı
Azərbaycanda Forklift Satışı
Azərbaycanda transpalet satışı
Yüklənir