• Bakıda forklift alışı, satışı və təmiri

Forklift-lər müxtəlif yüklərin bir yerdən, digər bir yerə güvənli şəkildə daşınmasını təmin edən avadanlıqlardır. Ağır yüklərin daşınmasından əlavə, yüklənmə və endirilmə prosesini də təmin edir. Çəngəlli yükləyicilər sənaye, gömrük, fabrik, anbar və s. kimi logistika sahələrində sıxlıqla istifadə edilir. Forkliftlər inşaat sektorunda görülən işlərdə də böyük çəkili yüklərin boşaldılması və ya yüklənilməsi zamanı da çəngəlli yükləyicilərin nə dərəcədə önəmli olduğu görülməkdədir.

Forklift növləri

Forkliftlər ümumi performasına və işlənmə texnikasına görə bir neçə qruplara bölünür. 

  • Güc qaynağına görə forkliftlər
  • Batareyalı forkliftlər
  • Hərəkət sisteminə görə forkliftlər
  • Ümumi məqsədli forkliftlər
  • Dizaynına görə forkliftlər
  • Özəl forkliftlər

Forklift satışında qiymətlər marka, kateqoriya özəllikləri və avadanlıq keyfiyyəti, kəmiyyətə uyğun olaraq tənzimlənir. Məsələn, Lonking markasında dizel, elektrikli, LPG’li və akkumulyatorlu forkliftlərin istehsalı həyata keçirilir. Çində istehsal edilən Lonking markasına məxsus forkliftlər manevretmə qabiliyyətinə görə seçilir. Forklift istehsalçı markalarına Dalian və TEU da aiddir. Hansı ki, hər iki markanın da avadanlıqları keyfiyyəti ilə seçilir. Hər iki marka məhsulları da Çində istehsal olunur. TEU markasına məxsus forkliftlər 3000 kq yük qaldırma qabiliyyətinə sahibkən, Dalian markasına məxsus forkliftlərin ağırlıq qaldırma qabiliyyəti 1800 kq-dır. Həmçinin, Dalian forkliftlərinin yük qaldırma hündürlüyü 4500 mm, TEU forkliftləri isə, 3000 mm-dir.

Çəngəlli Yükləyicilərin Təmiri

Hər texniki avadanlıqda olduğu kimi Çəngəlli yükləyicilərin də daim baxıma və ya təmirə ehtiyacı olur. Forkliftlər işləmə mexanizmasına görə 3 qrupa: qazla, akkumiliyatorla və dizel ilə işləyənlərə bölünür. Hər bir forkliftin təmiri də fərqli olur. Buna görə də çəngəlli yükləyiciləri təmir etmədən öncə, ilk olaraq həmin forklift yoxlanılır, təmirə ehtiyac duyulan hissələr təyin edilir və təmir olunur.

Əgər siz də bir forkliftə sahibsinizsə və onun təmirini həyata keçirmək istəyirsinizsə, ölkənin qabaqcıl forklift alışı, satışı və icarəsini həyata keçirən “Unilift MHE Center”lə əlaqə yaradın.

Son xəbərlər

Forklift istifadəsində ümumi səhvlər və həll yolları
Forkliftlərin iş prinsipi
Forklift qəzaları: qarşısının alınması və araşdırılması
Forkliftlərdən istifadə işimizi nə qədər asanlaşdırır?
Daxili Forkliftlər ilə Anbar Əməliyyatlarının Optimallaşdırılması
III dərəcəli forklift modelləri
Yüklənir