• Azərbaycanda transpalet satışı

Transpalet nədir?

Transpalet ağır yükləri qısa məsafədə daşıyan, insan kontrolu, akkumulyator və ya mator seçimləri ilə çalışa bilən bir maşındır. Transpaletlərin tutumu istifadə edilən məkana və yükə görə dəyişir. Anbar, anqar, fabrika, atelye kimi çalışma alanlarında istifadə olunur. Taxta, metal və ya plastik palet üzərindəki yükləri, hidravlik nasosun dəstəyi ilə yerindən qaldıraraq hərəkətə gətirir.

Transpalet nə üçün istifadə olunur?

Transpaletlər sadəcə müəyyən ağırlıq limiti olan yükləri daşıyır. 500 kg-2/3 ton yük tutumu mövcud olan bu maşınlar, yükləri sadəcə düz zəmindən paletləri vasitəsilə qaldıraraq, daşınmanı təmin edir. Qapalı və açıq məkanlarda istifadə edilə bilər. Transpaletlərin istifadəsindəki əsas məqam, yüklərin qısa məsafədə daşınmasına diqqət yetirməkdir.

Transpaletlərin xüsusiyyətləri və növləri

Transpalet növləri boy, ölçü, tutum, ağırlıq və s. kimi  meyarlara görə kateqorizə edilir. Əsasən standart transpalet, “crab” transpalet, əyləcli transpalet olaraq qruplaşdırılır. Standart transpaletlərin tutumu digərlərinə nisbətən daha azdır. Lakin, istifadəsi asandır. Crab transpaletlər uzun ölçülü yükləri dar sahədə rahatlıqla istifadə edilə bilir. Əyləcli transpaletlər isə, yüksək manevr özəlliyinə və yüksək keyfiyyətə sahibdir.

Transpalet satışı

Azərbaycanda transpalet satışını həyata keçirən Unilift MHE Center illərdir ki, müştərilərinin məmnuniyyətini təmin edir. Əsas məqsədimiz yüksək keyfiyyətli avadanlıqlarımızla istifadəçilərimizin rahatlığını təşkil etməkdir. Siz də ağır yüklərinizin daşınma prosesini Unilift-in yüksək keyfiyyətli transpaletinə etibar edə bilərsiniz. Yük qaldırma hündürlüyü 155-180 mm olan 2020-ci il istehsalı transpaletlərin istər alış, istərsə də satışını həyata keçirmək istəyirsinizsə bizimlə əlaqə saxlayın.

Son xəbərlər

Forkliftlər necə işləyir?
Forkliftlərin vurduğu zərər riskini necə azaltmaq olar?
Forklift istifadəsində diqqət tələb edən nüanslar
Forkliftlər harada istifadə olunur?
Forklift qurğularının anatomiyası
Forklift İcarəsi Harada Ən Uyğundur?
Yüklənir