• Azərbaycanda Forklift Satışı

Forkliftlər müxtəlif yüklərin bir yerdən, digər bir yerə güvənli şəkildə daşınmasını təmin edən avadanlıqlardır. Ağır yüklərin daşınmasından əlavə, yüklənmə və endirilmə prosesini də təmin edir. Forkliftlər sənaye, gömrük, fabrik, anbar və s. kimi logistika sahələrində sıxlıqla istifadə edilir. 40 tona qədər ağırlıqda olan yüklərin güvənli şəkildə daşınmasını təmin edən forkliftlər, istər özəl sahibkarlara, istərsə də sənayeyə müsbət təsir göstərir.

Hansı növ Forklift satışı həyata keçirilir?

Forkliftlər ümumi performasına və işlənmə texnikasına görə bir neçə qruplara bölünür ki, bunlar da aşağıdakılardır:

  • Güc qaynağına görə forkliftlər
  • Batareyalı forkliftlər
  • Hərəkət sisteminə görə forkliftlər
  • Ümumi məqsədli forkliftlər
  • Dizaynına görə forkliftlər
  • Özəl forkliftlər

Güc qaynağına görə forkliftlər dizel, elektrikli, LPG’li, akkumulyatorlu olaraq kateqorizə edilir. Bu kateqoriyaya aid forkliftlərin güc qaynağı 2 və ya 4 zamanlı, hündürlüyü 2.5-6 m, tutumu 2-3 ton olur. Bu özləllikləri ilə yanaşı, güc qaynağına görə qruplaşan forklift çeşidlərinin əsas xüsusiyyəti, enerjiyə qənaət etməkdir. Forklift satışındakı önəmli nüans avadanlıqların keyfiyyətidir.

Forkliftlərin satış qiyməti nəyə əsasən tənzimlənir?

Forklift satışında qiymətlər marka, kateqoriya özəllikləri və avadanlıq keyfiyyəti, kəmiyyətə uyğun olaraq adaptasiya edilir. Forklift keyfiyyəti dedikdə avandlıq tutumu, ağırlıq qaldırma və endirmə qabiliyyəti, asanlıqla idarə olunması və enerjiyə qənaəti nəzərdə tutulur. Bu və digər özəlliklərə sahib keyfiyyətli markalara isə, Lonking, TEU, Dalian kimi forklift istehsalçı markalarını misal göstərə bilərik. Lonking markasında dizel, elektrikli, LPG’li və akkumulyatorlu forkliftlərin istehsalı həyata keçirilir. Çində istehsal edilən Lonking markasına məxsus forkliftlər manevretmə qabiliyyətinə görə seçilir. Forklift istehsalçı markalarına Dalian və TEU da aiddir. Hansı ki, hər iki markanın da avadanlıqları keyfiyyəti ilə seçilir. Hər iki marka məhsulları da Çində istehsal olunur. TEU markasına məxsus forkliftlər 3000 kq yük qaldırma qabiliyyətinə sahibkən, Dalian markasına məxsus forkliftlərin ağırlıq qaldırma qabiliyyəti 1800 kq-dır. Həmçinin, Dalian forkliftlərinin yük qaldırma hündürlüyü 4500 mm, TEU forkliftləri isə, 3000 mm-dir.

Azərbaycanda forklift satışı

Forkliftlər Bakı üzrə iri obyekt və məkanlarda sıxlıqla istifadə edilməkdədir. Bu səbəbdən də, özəl sahibkarlar və sənaye istehlakçıları Bakıda forklift avadanlıqlarının icarəsini və forklift satışını güvənli şəkildə icra edən şirkət axtarışındadırlar. Azərbaycanda forklift satışını, keyfiyyətli məhsullarına və 26 illik təcrübəsinə güvənən “Unilift MHE Center” həyata keçirir. “Unilift MHE Center”–in peşəkar personalı və keyfiyyətinə şübhə olmayan forkliftləri, yüklərinizin etibarlı və sürətli şəkildə daşınmasını təmin edəcəkdir. Siz də forklift alışı və icarəsi arzusundasınızsa, bizimlə əlaqə saxlayın.

Rəqəmsal Marketing SEO üzrə optimizasiya edildi

Son xəbərlər

Forklift İcarəsi Harada Ən Uyğundur?
Teleskopik Yükləyicilər
TEU Forklift Modelləri Azərbaycanda
Forkliftlərin Ömrünü Uzatmaq Üçün Nələr Etməlisiniz?
Forklift üçün Filterlər ehtiyyat hissələri
Qaldırıcı Qurğuların Satışı
Yüklənir