• Azərbaycanda Forklift harada istifadə olunur?

Forklift, avtokar və ya öz dilimizdə desək çəngəlli yükləyicilər ölkəmizdə demək olar ki, sənayenin bir çox sahəsində istifadə olunur. Bununla yanaşı həm də, fiziki şəxslərin yüklərinin daşınmasında da istifadə olunan forkliftlər daha çox depo sistemlərində işimizə yarayır. Ancaq sadəcə bu sahələrdə deyil, çəngəlli yükləyicilər bunlardan başqa da bəzi sektorlarda istifadə olunmaqdadır. Çəngəlli yükləyicilərin istifadə olunduğu yerlərə misal olaraq limanları, gəmiləri, mağazaları, elektronika sahəsini göstərmək olar.

Forkliftin üstünlükləri hansılardır? 

Təbii ki, forkliftin üstünlükləri deyildiyi zaman ilk olaraq, ağlımıza ağır yüklərin daha asan yolla daşınması məsələsi gəlir. Ancaq forkliftin üstünlüyü sadəcə bu deyil. İstənilən bir biznes sektorunda hər bir şirkətin çəngəlli yükləyici almaq kimi maddiyata sahib olmaması normal bir haldır. Bu halda həmin şirkətlərin çəngəlli yükləyici kiralamağı daha məqsədəuyğundur. Bu həmin şirkətlərə həm maddi cəhətdən sərf edir, həm də həmin yükləyicilər şirkətlərdə əlavə yer tutmurlar. Forkliftin üstünlüklərinə gəlincə, bu yükləyicilər iş görmə baxımından faydalı iş əmsalı və təsərrüf etmə cəhətdən çox önəmli bir yerə sahibdirlər. Qısa zaman kəsimində, sürətli istifadə olunması, maksimum dərəcədə yük yerləşdirməsi, depolama kimi də üstünlüklərə sahib olan forkliftləri “Unilift MHE Center”-dən hər zaman rahatlıqla həm alış üçün, həm də kirayələmək üçün sifariş edə bilərsiniz. Çəngəlli yükləyici əslində həm də zamandan və sahədən də təsərrüf etməsi ilə bizlərə əlavə üstünlük qazandırır. Üstəlik, forklift insan gücünə çox ehtiyac qalmadan iş keyfiyyətini və faydasını artırmaqdadır.

Azərbaycanın hansı bölgələrinə Forklift satışı mümkündür?

“Unilift MHE Center” olaraq forklift, avtokar və ya çəngəlli yükləyicilər sektorunda 25 ildən artıqdır ki, fəaliyyətini davam etməkdədir. Hər zaman müştəri məmnuniyyətini ön planda tutan şirkətimiz Azərbaycanda dünyanın ən keyfiyyətli və münasib qiymətli çəngəlli yükləyicilərini və onların ehtiyat hissələrinin satışını, kirayəsini və təmirini həyata keçirir. MAXIMAL, TAILIFT, HELI, DALIAN, TEU, LONKING kimi dünya markası olan forklift modellərini hər zaman şirkətimizdən əldə edə bilərsiniz. 
Fəaliyyət göstərdiyimiz 25 ildə Azərbaycanın bir çox bölgəsində müştərilərimizə texniki dəstək göstərmişik və hazırda da bu yöndə işlərimiz davam etməkdədir. Sadəcə bir zənglə forkliftlə bağlı bütün problemlərinizi həll etməyə hazırıq. 
Ölkəmizin bütün rayon və şəhərlərinə forklift sifarişi vermək istəyirsinizsə, elə indi bizimlə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər

Qaldırıcı Qurğuların Satışı
Teleskopik Yükləyici satışı
Anbar üçün Avadanlıqlar
Çəngəlli Yükləyici Satışı
Azərbaycanda Forklift Satışı
Azərbaycanda transpalet satışı
Yüklənir