Avtokar təmiri xidməti ilə hər zaman müştərilərinin xidmətində olan “Unilift MHE Center”də siz, hər növ avtokarların təmirini həyata keçirə bilərsiniz. Avtokarlar asan şəkildə istifadə olunan və uzunömürlü avandanlıqlardan biridir. Keyfiyyət və davamlılığı ilə sıxlıqla yaranan problem və təmir ehtiyaclarının qarşısını alır. Lakin, hər texniki avadanlıqda olduğu kimi, müxtəlif səbəblərdən avtokarların da təmirə ehtiyacı olur. Bu bloqumuzda sizə, avtokarların təmiri haqqında ətraflı məlumat verəcəyik.
Avtokarlar işləmə mexanizmasına görə 3 qrupa: qazla, akkumiliyatorla və dizel ilə işləyənlərə bölünür. Və hər birinin təmiri fərqli prosedurlarla aparılır. Avtokarları təmir etmədən öncə, ilk olaraq avadanlıq yoxlanılır, təmirə ehtiyac duyulan hissələr təyin edilir. Davamlı olaraq baxımı və qulluğu edilən avtokarların, təmirə daha az ehtiyacı olur və əgər problem yaransa belə qısa müddətdə problem aradan qaldırıla bilir. Bəs avtokarlarda nə kimi təmirə ehtiyac duyula bilər?
Akkumulyator təmiri
Yanacağa qənaəti və səssiz işləməni təmin edən akkumilyatorlu avtokarlar ən çox üstünlük verilən avadanlıqlardandır. Akkumulyatorlu avtokarlarda ən çox müşahidə edilən problem-akkumilyatorun bitməsidir. Akkumulyatorun doldurulması və yağın əlavə edilməsi, təmir üçün ideal həll olacaqdır.
Sürət qutusunun təmiri
Avtokarların mexaniki ötürməylə fəaliyyəti zamanı, mexanikanın təmirə ehtiyacı ola bilər. Bunun üçün hava filteri kimi avadanlıqları ixtisar etməyə ehtiyac yaranır. Mexanikadakı problemlər həllini tapdıqdan sonra isə, ixtisar edilən avadanlıqlar yenidən yerlərinə quraşdırılır.
Təkərlərin təmiri
Avtokar təkəri iç və çöl məkan avtokar təkərləri olaraq qruplaşdırılır. Avtokarların fəaliyyəti zamanı, məkan amili də böyük önəm daşıyır. Uzun müddət davamlı olaraq ağır yüklərin daşınması və nahamar səthlərdə istifadəsi avtokarların təkərlərində zaman-zaman aşınmaya səbəb olur. Avtokarların təkərləri, adi maşın təkərlərindən fərqləndiyi üçün, xüsusi baxım və incəlik tələb edir. Bu səbəbdən də avtokarlara sıxlıqla qulluq edilməlidir.
Əgər siz də bir avtokara sahibsinizsə və onun təmirini həyata keçirmək istəyirsinizsə, ölkənin qabaqcıl avtokar alışı, satışı və icarəsini həyata keçirən “Unilift MHE Center”ə müraciət edə bilərsiniz.
Elə indi vaxt itirmədən bizimlə əlaqə saxlayın!