• Avtokar icarəsi UNİLİFT MHE CENTER-də

Avtokar icarəsi ölkəmizdə demək olar ki, hər gün sənayenin bütün sahələrində ehtiyac duyulan xidmətlərdən biridir. İstər işçi baxımından, istərsə də istifadə olunan güc-qüvvət baxımından sahibkarlar üçün sərfəli olan avtokarlar yük daşıma qabiliyyəti baxımından çox önəmli yerə sahibdir. Avtokar icarəsi hər zaman sənaye sektoru üçün önəmini qorumaqdadır.

Avtokar icarəsi zamanı nələrə diqqət edilməlidir?

Avtokar və ya forklift icarəsi hər zaman insanlarda az belə olsa, şübhə yaradan məsələlərdən biridir. “Birdən məhsulu düzgün endirməz və ya endirilən məhsul düzgün yerləşdirilməz. Endirilən məhsul qırılsa necə olacaq?” kimi suallar sahibkarları hər zaman düşündürən məqamlardır. Ancaq bu mövzuda Unilift MHE Center sizə 25 illik təcrübəsi ilə kömək ola bilər. Peşəkar personalı ilə qurulmuş düzgün və etibarlı şirkətimiz hər zaman müştərilərinə doğru və tam işi təhvil verməklə illərdir bu sektorda etibar qazanmışdır.

Avtokar icarəsi istədikdə təbii ki, ilk öncə sifariş edən şəxs şirkətə endiriləcək, qaldırılacaq və ya yerləşdiriləcək məhsul barədə tam və dolğun məlumat verməlidir. İstər onun materialı, istər ölçüləri, istər çəkisi və istərsə də məhsulun daşınacağı yerlə bağlı verilən məlumat düzgün olduğu zaman heç bir problem yaşanmır. Əgər sifarişçi hansısa məlumatı düzgün verməzsə, o zaman sifarişə getmiş olan avtokar bəzən məhsulun yük qaldırma qabiliyyətinə, bəzən yükün ölçülərinə, bəzən də yükün daşınma məsafəsinə görə problem yaşaya bilər. Bunun üçün bütün məlumatlar əvvəlcədən düzgün şəkildə bildirməlidir.

Avtokar kirayə götürdüyünüz yerdən gələn çəngəlli yükləyici mütləq şəkildə sifarişçinin bildirdiyi yerin şəraitinə uyğun təkərlərlə təmin olunmalıdır. Bununla yanaşı gələn avtokar məhsulu endirərkən və ya yükü qaldırarkən mütləq çəkildə 8 metr məsafədə dayanmalısınız. Çünki forkliftlərin hərəkət qabiliyyəti olduqca qıvraq və ani manevrlər edə bilən yükləyicilərdir.

Avtokar icarəsi zamanı diqqət edilməli olan digər nüans isə, sifarişçinin forklift çağırdığı məkanın işıqlandırılması məsələsidir. Çünki əgər iş axşam saatlarında görüləcəksə, mütləq şəkildə həmin məkan tam olaraq aydın olmaldılır. Yox əgər səhər və ya günorta saatlarında forklift istifadə olunacaqsa ya həmin məkan tam aydın olmalı ya da məkan full işıqlandırılmalıdır. 

Avtokar icarəsi zamanı heç bir narahatçılıq yaşamaq istəmirsinizsə, yuxarıdakı qeydlərə riayət edərək, istədiyiniz hər növ avtokarı Unilift MHE Center-dən elə indi sifariş edə bilərsiniz.

Son xəbərlər

Qaldırıcı Qurğuların Satışı
Teleskopik Yükləyici satışı
Anbar üçün Avadanlıqlar
Çəngəlli Yükləyici Satışı
Azərbaycanda Forklift Satışı
Azərbaycanda transpalet satışı
Yüklənir