Müasir anbar sisteminin yüksək dərəcədə avtomatlaştırılmasının məqsədi görülən əl işlərinin minimuma endirilməsi məqsədi daşıyır. Bu səbəbdən anbarların quraşdırılması zamanı elə etmək lazımdır ki, yükün anbara qəbulu anından yükün sahibinə çatdırılmasına qədər avtomatlaşdırılması mümkün olsun. Bu səbəbdən anbar müxtəlif növ maşınlarla təmin olunmalıdır ki, işin effektivliyini təmin etmək mümkün olsun.
Nəzərə alsaq ki, anbar sistemləri sutkanın 24 saatı işləyir, deməli istifadə olunan maşınlar etibarlı və təhlükəsiz olmalıdır. Ən geniş yayılmış anbar maşınlarının növləri:
- Hidravlik araba (roklya, rokla)
- Ştabeller (ruçtrak)
- Çəngəli yükləyici maşın (forklift)
- Transpalet
- Teleskopik yükləyicilər
- Qalxıb enən masa
- Robotkar sistemi
Adları qeyd olunan anbar maşınlarından başqa böyük anbarlarda ağır və iriqabaritli yüklərin yüklənib boşaldılması üçün körpülü kranlardan, bucurqatdan, taldan və s. istifadə olunur.
Anbarlarda paletlənmiş yüklərin yüklənməsi, anbar daxili yerinin dəyişdirilməsi və boşaldılması işlərində əl və ya hidravlik arabalardan istifadə olunur. Bu bloqumuzda sizə forklift və transpalet anbar avadanlıqları, onların üstünlük və fərqlilikləri haqqında ətraflı danışacağıq.
Forklif-in üstün cəhətləri
Forklift - əsas məqsədi ağır yüklərin daşınması olan bu yükləyicilərin yük qaldırma qabiliyyətləri tonlarla hesablanmaqdadır. Günlük iş həyatında insanların çətinliklə daşıdığı və ya daşımağa gücünün çatmadığı, bununla yanaşı həm də insanlara işlərində kömək edən bu alətlərə forklift və ya çəngəlli yükləyici deyilir. Dünyada ilk dəfə olaraq 1800-cü illərdə istifadə edilməyə başlanan bu yükləyicilərin hazırda 2 tonla 40 ton arasında yük daşıma qabiliyyətinə malik olan modelləri də mövcuddur.
Yükqaldırma qabiliyyəti diqqətə alındığında, həqiqətən də insanların işlərini asanlaşdıran forkliftlər xüsusilə ağır yüklərin qaldırılması zamanı bu üstünlüyünü daha göz önünə qoymaqdadır. Ayrıca olaraq isə, inşaat sektorunda görülən işlərdə də böyük çəkili yüklərin boşaldılması və ya yüklənilməsi zamanı da forkliftlərin nə dərəcədə önəmli olduğu görülməkdədir.
Forkliftlərin ən üstün cəhəti mükəmməlliklə istehsal edilmiş ağır yüklü avadanlıq olmasına baxmayaraq, asanlıqla hər növ ağır yükləri daşıya bilməsi və digər anbar avadanlıqlarından daha çox yük tutumuna sahib olmasıdır.
Transpalet-in üstün cəhətləri
Transpalet ağır yükləri qısa məsafədə daşıyan, insan kontrolu, akkumulyator və ya mator seçimləri ilə çalışa bilən bir maşındır. Transpaletlərin tutumu istifadə edilən məkana və yükə görə dəyişir. Anbar, anqar, fabrika, atelye kimi çalışma alanlarında istifadə olunur. Taxta, metal və ya plastik palet üzərindəki yükləri, hidravlik nasosun dəstəyi ilə yerindən qaldıraraq hərəkətə gətirir.
Transpaletlər sadəcə müəyyən ağırlıq limiti olan yükləri daşıyır. 500 kg-2/3 ton yük tutumu mövcud olan bu maşınlar, yükləri sadəcə düz zəmindən paletləri vasitəsilə qaldıraraq, daşınmanı təmin edir. Qapalı və açıq məkanlarda istifadə edilə bilər.
Transpaletlərin istifadəsindəki əsas məqam, yüklərin qısa məsafədə daşınmasına diqqət yetirməkdir. Transpaletlərin ən üstün cəhəti isə, güclü hidravlik nasosa və asanlıqla manevretmə qabiliyyətinə sahib olmasıdır.
Forklift və Transpalet-in Fərqlilikləri
Hər ikisinin də anbar avadanlığı olduğunu fərz etsək, bir çox oxşar cəhətə malik olduğunun şahidi ola bilərik. Lakin, əsas fərqlərinə isə, yük tutumu misal ola bilər. Forklift çox daha ağır yük tutumuna sahib olsa da, transpalet bu qədər tutuma sahib olmur. Bu da onların əsas fərqi hesab olunur.
Keyfiyyəti və istifadəyə yararlılığı ilə seçilən bu anbar avadanlıqlarını “Unilift MHE Center”dən istər alışını, istərsə də icarəsini həyata keçirmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.